...

Göyçayda yol qəzası, 3 nəfər xəstəxanaya yerləşdirildi

Gündəm Materials 21 May 2018 11:43 (UTC +04:00)
Göyçay rayonunda yol qəzası baş verib.
Göyçayda yol qəzası, 3 nəfər xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Rayonun mərkəzi küçələrindən birində yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılıb.

Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alanlar rayon sakinləri - 1983-cü il təvəllüdlü İbadova Aynurə Maarif qızı, 1956-cı il təvəllüdlü Mustafayev Eyyub Ağasəf oğlu və 1989-cu il təvəllüdlü Məmmədova Nərminə Alik qızıdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti