...

Səfir: Aİ ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir

Gündəm Materials 28 May 2018 13:03 (UTC +04:00)
Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir, müxtəliftərəfli və keyfiyyətli xarakter daşıyır, qlobal, gələcəyə tuşlanmış məqsədlər daşıyır.
Səfir: Aİ ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir

Bakı. İlkin Şəfiyev - Trend:

Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir, müxtəliftərəfli və keyfiyyətli xarakter daşıyır, qlobal, gələcəyə tuşlanmış məqsədlər daşıyır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.

Tərəflər arasında energetika sahəsində əməkdaşlıqdan danışarkən diplomat bildirib ki, Avropa İnvestisiya Bankı tərəfindən TAP və TANAP layihələri üçün 2,5 milyard avro dəyərində kredit ayrılmasını Azərbaycan alqışlayır.

F.İsgəndərov qeyd edib: "Bu, Aİ və Azərbaycan arasında energetika sahəsində stateji tərəfdaşlığın həyata keçirilməsinə yardım edir. Bizim ümumi uğurumuzun göstəricisi kimi o faktı qeyd etmək olar ki, Azərbaycan qazının ilk tədarükləri Türkiyəyə bu ilin yayında ediləcək, Avropaya isə 2020-ci ildə çatacaq. Biz Avrokomissar Qünter Ottingerin yaxın vaxtlarda Bakıya edəcəyi səfərini də yüksək qiymətləndiririk".

Səfirin sözlərinə görə, Azərbaycan həmçinin Aİ ilə nəqliyyat layihələrinin gələcək inkişafı istiqamətində fəal işləyir.

Diplomat vurğulayıb: "Avrokomissar Yohannes Hanın dediyi kimi, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox uyğun məkanda yerləşib. Biz həmçinin çox şadıq ki, Aİ Bakı limanının loqistika və ticarət sahəsində beynəlxalq mərkəz olması istiqamətində dəstəyini davam etdirəcək",

Səfir Azərbaycanın Aİ ilə praqmatik və pozitiv münasibətlərin qurulmasında maraqlı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti