...

Seysmoloji Xidmət: Zəlzələdən sonra Zaqatalada 75 təkan qeydə alınıb

Gündəm Materials 6 İyun 2018 11:06 (UTC +04:00)
Ötən gün Zaqatalada baş vermiş zəlzələdən sonra 75 təkan qeydə alınıb.
Seysmoloji Xidmət: Zəlzələdən sonra Zaqatalada 75 təkan qeydə alınıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən gün Zaqatalada baş vermiş zəlzələdən sonra 75 təkan qeydə alınıb.

Bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, qeydə alınan təkanların hamısı hiss olunmayan kiçik təkanlar olub.

V.Rafiqqızı qeyd edib ki, Zaqataladakı zəlzələ ətraf rayonlarda yerləşdiyi məsafədən fərqli olaraq 4-5 bal gücündə hiss edilib.

Qeyd edək ki, dünən saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti