...

Türkiyənin Baş naziri: TANAP sabitlik və sülh layihəsidir

Gündəm Materials 12 İyun 2018 20:37 (UTC +04:00)
Transanadolu boru kəməri (TANAP) regionda sabitlik və sülh layihəsidir
Türkiyənin Baş naziri: TANAP sabitlik və sülh layihəsidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Transanadolu boru kəməri (TANAP) regionda sabitlik və sülh layihəsidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

B.Yıldırım əlavə edib ki, TANAP Türkiyə, Azərbaycan və bütün Avropa üçün strateji layihədir.

Qeyd edək ki, bu gün Əskişəhərdə TANAP qaz kəmərinin açılış mərasimi baş tutub.

Mayın 29-da isə Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimi keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti