...

Növbəti tədris ilində beşyaşlıların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb ediləcək

Gündəm Materials 14 İyun 2018 19:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib.

2017-2018-ci tədris ilində məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, beşyaşlıların 65 faizi həddinə çatdırılıb.

Qeyd edək ki, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün beşyaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti