...

Azərbaycanda 6 ayda 1800-dən çox insanın həyatı xilas edilib

Gündəm Materials 30 İyul 2018 17:57 (UTC +04:00)
2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365442-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur.
Azərbaycanda 6 ayda 1800-dən çox insanın həyatı xilas edilib

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365442-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumatına görə, müraciət edənlərdən 33113-ü xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 435210, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 56741-dən artıq olub. Pediatrik çağırışlar stansiyanın bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1841-dən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 77923, hospitalizasiya 6688, miokard infarktı ilə müraciətlərin sayı 526, hospitalizasiya 496, insultla müraciətlərin sayı 1963, hospitalizasiya 1709 olub. Keçən ilin 6 ayı ilə müqayisədə miokard infarktı və insultla bağlı müraciətlərin sayında artım müşahidə olunub.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar fəaliyyət göstərir. Doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2612; tibb müəssisəsindən kənar doğuşların sayı 21 olub ki, hamısı hospitalizasiya edilib. Beləliklə tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilib, ünvana polis əməkdaşları dəvət olunub.

BŞT və TTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 17314, onlardan 1374-ü hospitalizasiya olunub. Ümumi müraciətlərin içində 11933-i bədbəxt hadisələrdir ki, 8335-i hospitalizasiya olunub. Zədələnmələrin ümumi sayı 10570, 6164 hospitalizasiya olunub. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 6 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1122 müraciət daxil olub. Bu hadisələr nəticəsində 983 nəfər hospitalizasiya olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2017-ci ilin 6 ayı ərzində baş verən 1179 nəqliyyat hadisələri nəticəsində 1037 nəfər hospitalizasiya olunub.

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş körpələr Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti