...

Xəzərdə REYD: 10 tona yaxın qanunsuz balıq tutularaq müsadirə edilib

Gündəm Materials 7 Sentyabr 2018 12:20 (UTC +04:00)
Su Nəqliyyatında Polis İdarəsi qanunsuz balıq ovu və bəzi qanun pozuntuları ilə bağlı reydlərə başlayıb
Xəzərdə REYD: 10 tona yaxın qanunsuz balıq tutularaq müsadirə edilib

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb.

Su Nəqliyyatında Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qanunu pozanlara qarşı Cinayət Məcəlləsi ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq. Su Polisi vətəndaşları əhalini xəbərdarlıq edir və AR-nın qanunlarına riayət etməyə səsləyir.

Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib. Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.

Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı 3 fakt aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti