"Binə" Ticarət Mərkəzinə gedən yolda qəza olub - Tıxac var (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə zamanı iki avtomobil toqquşub.
"Hyundai" və "Kia Rio" markalı avtomobillərin toqquşması nəticəsində "Binə" Ticarət Mərkəzinə gedən istiqamətdə tıxac yaranıb.
Qəzada ciddi xəsarət alan olmayıb.