...

Badamdarda tədqiqat aparılan ərazidə uçqun baş verib (FOTO)

Gündəm Materials 16 Oktyabr 2018 19:38 (UTC +04:00)
Badamdar 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.
Badamdarda tədqiqat aparılan ərazidə uçqun baş verib (FOTO)

Bakı. Trend:

Badamdar 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, Mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti