...

Yaxın Şərqdən Azərbaycana gələn turistlər lüks istirahətə üstünlük verirlər, bəs avropalılar?

Gündəm Materials 18 Oktyabr 2018 12:17 (UTC +04:00)
Azərbaycana Yaxın Şərq ölkələrdən gələn turistlər bahalı otellərə, lüks istirahətə dadlı yeməklərə daha çox üstünlük verirlər.
Yaxın Şərqdən Azərbaycana gələn turistlər lüks istirahətə üstünlük verirlər, bəs avropalılar?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana Yaxın Şərq ölkələrdən gələn turistlər bahalı otellərə, lüks istirahətə dadlı yeməklərə daha çox üstünlük verirlər.

Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən
Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə olunması departamentinin direktoru Sevinc Zeynallı deyib.

Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlər isə daha çox regionları səyahət etməyə, gözəl yerlərə baxmağa və ekoturlara getməyə üstünlük verirlər: "Azərbaycan Turizm Bürosunun açılacaq nümayəndəlikləri bu strategiya üzrə öz fəaliyyətlərini göstərəcək və Azərbaycanın turizm təbliğatını aparmağa köməklik edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti