Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror A.Mahmudovun 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə noyabrın 19-da davam edəcək.
İttihama görə, A.Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində işləyərkən başqalarının etbarından sui-istifadə edərək ümumilikdə 312 851 manat mənimsəyib. Həmin ziyandan 23 784 manat pul ödənilib.