...

Dostunu bıçaqladı, 3 il "gün üzü görməyəcək"

Gündəm Materials 14 Noyabr 2018 21:46 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Həsənağa Abiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dostunu bıçaqladı, 3 il "gün üzü görməyəcək"

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Həsənağa Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Abıyev 3 il azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilib və H.Abıyev məhkəmə zalından həbs olunub.

İttihama görə, bu il martın 22-də Binəqədi rayon ərazisində 2000-ci il təvəllüdlü H.Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Ədalət oğlu Süleymanovu bıçaqlayıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, H.Abıyevlə S.Süleymanov dost olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti