...

Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir

Gündəm Materials 15 Noyabr 2018 09:59 (UTC +04:00)
Bu gün Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı. Samir Əli - Trend:

Bu gün Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə 16 xarici ölkədən nümayəndələr, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə vəkillər kollegiyalarının rəhbərləri, Niderland Krallığı, Böyük Britaniya, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan vəkillər kollegiyalarının üzvləri, Avropa Şurası, Avropa İttifaqı, Hüquqşünasların Beynəlxalq Komissiyası, Birləşmiş Millətlər Təşkilatı, Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətləri və digər beynəlxalq təşkilatların nümayəndələri, habelə Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimləri, Prezident Administrasiyasının, digər dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Vəkillər Kollegiyasının 100-dən artıq üzvü, yerli və beynəlxalq ekspertlər iştirak edir.

İki gün davam edəcək və 4 sessiyada keçiriləcək konfransın məqsədi beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsidir. Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaq.

Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzuları ətrafında nəzərdə tutulub.

Bundan başqa, Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyası tərəfindən təklif olunan, müstəqil vəkillik peşəsinin formalaşmasında vəkillər üçün keçirilən təlimlərin roluna və müxtəlif resurslara xüsusi diqqət yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti