...

Məktəblərdə dərslər dayandırılır - SƏBƏB?

Gündəm Materials 15 Noyabr 2018 10:28 (UTC +04:00)
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır.
Məktəblərdə dərslər dayandırılır - SƏBƏB?

Bakı. İlhamə İsabalayeva - Trend:

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti