...

Şirvan sakini yol nişanlarının üstündəki lövhələri oğurladı

Gündəm Materials 15 Noyabr 2018 11:59 (UTC +04:00)
Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Şirvan sakini yol nişanlarının üstündəki lövhələri oğurladı

Bakı. Samir Əli - Trend:

Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələrin oğurlanması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti