...

UEG baş direktoru: Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir

Gündəm Materials 3 Dekabr 2018 18:37 (UTC +04:00)
Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir və biz gələcəkdə tədbirləri necə keçirmək lazım olduğunu öyrənə bilərik
UEG baş direktoru: Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir

Bakı. Cani Babayeva, Sara İsrafilbəyova - Trend:

Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir və biz gələcəkdə tədbirləri necə keçirmək lazım olduğunu öyrənə bilərik.

Bunu Trend-ə Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi çərçivəsində Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman deyib.

O xatırladıb ki, gələn il Bakıda iki Avropa çempionatı (aerobika gimnastikası və bədii gimnastika) keçiriləcək:

“Bundan başqa, UEG-in iki görüşünün keçirilməsi də planlaşdırılır. Bu görüşlər çərçivəsində gələcək planlar müzakirə olunacaq”.

O, həmçinin UEG prezidenti Fərid Qayıbovun işini yüksək qiymətləndirib:

“Bu, onun birinci ilidir. Onunla və İcraiyyə Komitəsinin digər üzvləri ilə birgə gələcək planları müzakirə edirik. Bizim, çoxlu ideyalarımız var. Onlardan bəzilərini reallaşdırmışıq, qalanları isə ümid edirəm ki, yaxın gələcəkdə reallaşdırılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti