Bakı. Samir Əli - Trend:
Bakıda şokolad şirkətinin əməkdaşına silahlı hücum olub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Xətai rayonu, X.Məmmədov küçəsi ev 9, mənzil 23-də yaşayan, "Nan" şokalad şirkətində ekspeditor işləyən 1987-ci il təvəllüdlü Salahov Vaqif Azər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 4-də gecə saatlarında Xətai rayonu, Zeytun bağları küçəsi 2/1 saylı ünvanda özünə məxsus "Lada Priora" markalı 02 BM 692 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 4 nəfər naməlum şəxs onu saxladaraq zorla maşından düşürüb.
Həmin şəxslər ona bıçaqla xəsarət yetirərək 3572 manatı götürüb və hadisə yerindən qaçıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb.