...

Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıblar

Gündəm Materials 26 Dekabr 2018 14:53 (UTC +04:00)
Cəlilabad rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıblar

Bakı. Trend:

Cəlilabad rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də Zopun kəndi ərazisində qanunsuz ov edən şəhər sakinləri Namiq Vəliyev və Səbuhi Cavadov saxlanılıblar.

N.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə protokol tərtib edilib.

S.Cavadovdan isə müvafiq sənədləri olmayan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti