...

Bakıda itkin düşən yeniyetmə tapıldı - 2 həftə küçələrdə qalıb

Gündəm Materials 23 Yanvar 2019 13:09 (UTC +04:00)
Bakıda itkin düşən yeniyetmə qız tapılıb.
Bakıda itkin düşən yeniyetmə tapıldı - 2 həftə küçələrdə qalıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda itkin düşən yeniyetmə qız tapılıb.

Trend-in məlumatına görə, bir neçə həftə əvvəl itkin düşən 15 yaşlı Abşeron sakini Bakıda sakinlərin köməyi ilə tapılıb. Bu barədə itkin düşən Kifayət Vəlicanovanın atası Rauf Vəlicanov bildirib.

"Qızım iki həftəyə yaxın idi ki, küçələrdə qalırdı, onu metronun "Koroğlu" stansiyasının yaxınlığında tapdıq. Bir sakin bizimlə əlaqə saxlayaraq saytlarda axtarışa verilən qızı gördüyünü söylədi, biz də dərhal həmin yerə gedib Kifayəti tapdıq".

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkirdi. Onun itməsi barədə polisə də məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti