...

Azərbaycanda ötən il 1286 minik avtomobili istehsal edilib

Gündəm Materials 20 Mart 2019 10:46 (UTC +04:00)
Azərbaycanda 2018-ci ildə avtomobil müəssisələri tərəfindən 1286 minik avtomobili istehsal edilib.
Azərbaycanda ötən il 1286 minik avtomobili istehsal edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2018-ci ildə avtomobil müəssisələri tərəfindən 1286 minik avtomobili istehsal edilib.

Trend-in məlumatına görə, ötən il Neftçala və Naxçıvan avtomobil zavodlarında 1008 ədəd “Khazar” və 278 ədəd “Nazlifan” markalı minik avtomobili istehsal edilib.

Ötən il ərzində Gəncə Avtomobil Zavodunda 1303 ədəd traktor MTZ, 697 ədəd traktor qoşqusu, 100 ədəd URAL, 58 ədəd KAMAZ, 9 ədəd HALLER məişət tulantıları daşıyan maşın istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti