...

Deputatdan TƏKLİF: Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın

Gündəm Materials 15 Mart 2019 17:29 (UTC +04:00)
Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı.
Deputatdan TƏKLİF: Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın

Bakı. Elçin Mehdiyev - Trend:

Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

F.Ağamalının fikrincə, dərs yükünün 18 saatdan 12 saata endirilməsi, siniflərdə şagirdlərin sayının 15 nəfərdən artıq olmaması təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərərdi.

Deputat həmçinin elmin inkişafı ilə bağlı təklif irəli sürüb. F.Ağamalı bildirib ki, inkişaf etmiş ölkələrdə ÜDM-in 3-5%-i elmə yönəldilir:

“Bizdə bu 0,2%-dir. Ölkədə Milli Elmlər Akademiyasının bazası saxlanılmaqla ciddi struktur islahatları aparmalı, elmlə təhsilin konselidasiyasını həyata keçirməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti