...

Xorvatiyalı diplomat: Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir (FOTO)

Gündəm Materials 17 Mart 2019 17:01 (UTC +04:00)
Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir
Xorvatiyalı diplomat: Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir (FOTO)

Bakı. Cani Babayeva, Azad Həsənli - Trend:

Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir. Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində Xorvatiyanın müvəqqəti işlər vəkili Branko Zebiç.

B.Zebiç bildirib: "Mən ilk dəfədir ki, buradayam, çünki bu vəzifəyə cəmi 6 ay əvvəl təyin olunmuşam. Bu, çox gözəl arenadır. Mən bir neçə gün əvvəl bizim gimnastlarla görüşmüşəm, onlarda həmçinin burada yaradılan şərait və qonaqpərvərlikdən razıdırlar".

Müvəqqəti işlər vəkili Xorvatiya gimnastlarının çıxışını şərh edərkən onların çıxışından razı olduğunu qeyd edib.

Xatırladaq ki, bu gün Xorvatiya gimnastı Tin Srbiç idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlər üzrə ikinci yeri tutub.

Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti