...

BNA avtobus qəzasına münasibət bildirib

Gündəm Materials 21 Mart 2019 16:13 (UTC +04:00)

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, martın 21-i “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib: "Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsədə, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

Qeyd edilənlərə əsasən bildiririk ki, “İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır.

Bunu nəzərə alaraq KİV-dən bu xarakterli məlumatlar hazırlayan zaman Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti