...

Bakıda avtobus minik maşını ilə toqquşub (VİDEO)

Gündəm Materials 8 Aprel 2019 13:33 (UTC +04:00)
Bakıda avtobus minik avtomobili ilə toqquşub.
Bakıda avtobus minik maşını ilə toqquşub (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda avtobus minik avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə aprel ayının 6-sı gecə saatlarında Şüvəlan qəsəbəsində baş verib. 136 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi bağ evlərinin hasarlarına çırpılıb. Qəzada xəsarətlər alanlar olub.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qəzada xəsarət alanları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti