...

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Gündəm Materials 12 Aprel 2019 11:19 (UTC +04:00)
Qaradağ rayonunun bəzi ərazilərində yenidənqurma işləri ilə əlaqədar işıq olmayacaq.
Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bakı. Trend:

Qaradağ rayonunun bəzi ərazilərində yenidənqurma işləri ilə əlaqədar işıq olmayacaq.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, bu gün saat 12.30-dan 16-00-dək 110 kv-luq 5-ci Xırdalan və 110/35/6 kv-luq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti