...

Qazaxıstanlılar Bakıda səfirlikdə fəal səs verirlər

Gündəm Materials 9 İyun 2019 18:19 (UTC +04:00)
Qazaxıstanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar təşkil edilən 262 nömrəli seçki məntəqəsində seçicilərin fəallığı müşahidə edilir.
Qazaxıstanlılar Bakıda səfirlikdə fəal səs verirlər

Bakı. Trend:

Qazaxıstanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar təşkil edilən 262 nömrəli seçki məntəqəsində seçicilərin fəallığı müşahidə edilir.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunu məntəqə seçki komissiyasının sədri Darhan Kuşerbayev deyib.

D.Kuşerbayev bildirib: "Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında seçki məntəqəsi təşkil edilib. Məntəqə saat 07:00-da işə başlayıb və 20:00-da bağlanacaq. Səhər saatlarından seçicilərin fəallığı müşahidə edilir. Seçki məntəqəsində səfirlikdə konsulluq qeydiyyatında olan qazaxıstanlılardan əlavə müxtəlif səbəblərdən Azərbaycanda olan Qazaxıstan vətəndaşları da gəlir. Onlar arasında seminarlarda və müxtəlif tədbirlərdə iştirak edən şəxslər, turistlər və idmançılar da var".

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti