...

Neftçalada iki “Mercedes” toqquşdu, sərnişinlərdən biri öldü

Gündəm Materials 12 İyul 2019 17:06 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 11-də saat 13 radələrində Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti