...

TANAP nüfuzlu mükafata layiq görülüb (FOTO)

Gündəm Materials 24 İyul 2019 14:24 (UTC +04:00)
Transanadolu qaz kəməri (TANAP) layihəsinin sosial və ekoloji investisiyalar proqramı "Sabit inkişaf" kateqoriyasında nüfuzlu mükafata (International CSR Excellence Awards) layiq görülüb.
TANAP nüfuzlu mükafata layiq görülüb (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Transanadolu qaz kəməri (TANAP) layihəsinin sosial və ekoloji investisiyalar proqramı "Sabit inkişaf" kateqoriyasında nüfuzlu mükafata (International CSR Excellence Awards) layiq görülüb.

Trend-in məlumatına görə, bununla bağlı konsorsium xəbər verib.

Məlumata görə, mükafatlandırma mərasimi iyulun 22-də Londonda, Dram Sənəti Kral Akademiyasında (RADA) keçirilib.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti