...

Bakıda bacısına bıçaqla çoxsaylı xəsarət yetirən şəxs saxlanılıb

Gündəm Materials 25 İyul 2019 14:24 (UTC +04:00)
Bacısının qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda bacısına bıçaqla çoxsaylı xəsarət yetirən şəxs saxlanılıb

Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti