...

Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir - Səfir

Gündəm Materials 31 İyul 2019 20:01 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb.
Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir - Səfir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Səfirin sözlərinə görə, iki ölkə arasında münasibətlər həmişə yüksək səviyyədə olub: "4 il 4 aydır ki, Azərbaycanda işləyirəm. Fəaliyyətim dövründə iki ölkə arasında münasibətlərin daha da yüksələn xəttlə inkişafına çalışmışam".

Diplomat daha sonra Azərbaycana Qazaxıstan buğdasının ixracı ilə bağlı məsələyə də toxunub:

"Biz tədriclə Qazaxıstan buğdasının Azərbaycana tədarükünü bərpa edirik. Bir vaxtlar biz Azərbaycana təxminən milyon ton buğda ixrac edirdik. Yenidən bu göstəriciyə nail olmağa çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti