...

Bakıda avtobus minik maşını ilə toqquşdu - 1 nəfər öldü

Gündəm Materials 2 Avqust 2019 12:54 (UTC +04:00)
Bakının Sabunçu rayonunda qəza baş verib.
Bakıda avtobus minik maşını ilə toqquşdu - 1 nəfər öldü

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Sabunçu rayonunda qəza baş verib.

Trend-in məlumatına görə, rayonun R.Rüstəmov küçəsində 86 ünvanında avtobusla minik maşını toqquşub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.

Yaralılar 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti