...

Demokratiya Naminə İnqilab Komitəsinin üzvü dərnəkdən uzaqlaşması barədə bəyanat verib

Gündəm Materials 29 Avqust 2019 17:50 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin dərnəyin üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.

Trend-in məlumatına görə, M.Əhmədli bəyanatında qeyd edib ki, dərnəyə həmin adın qoyulmasına ilk gündən etiraz edib: "Mən hər zaman ölkədə yaradılmış sabitliyin qorunmasının tərəfdarı olmuşam”.

İlk gündən layihənin üzvləri arasında fikir ayrılığı olduğunu vurğulayan M.Əhmədli dərnəyin çox davam etməyərək tezliklə dağılacağını qeyd edir. M.Əhmədli avqustun 29-da dərnəyin üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti