...

Qusarda yol qəzası zamanı xəsarət alan 5 nəfərdən 1-i öldü

Gündəm Materials 4 Sentyabr 2019 14:34 (UTC +04:00)
Qusarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri ölüb.
Qusarda yol qəzası zamanı xəsarət alan 5 nəfərdən 1-i öldü

Bakı. İlhamə İsabalayeva - Trend:

Qusarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaralı 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralılar - 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Minə Qurbanova qapalı kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların müalicələri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti