...

Məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artıb - Deputat

Gündəm Materials 18 Sentyabr 2019 12:33 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə üzvü Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, bu xəstəliklərin əməliyyatlarının qiymətləri da çox bahadır və müalicə üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır.

Q.Paşayeva deyib ki, anemiyadan əziyyət çəkən insanların sayının artması insanların sağlamlığı üçün təhdiddir. Buna görə də bu məsələnin həllinə nail olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti