...

Bakıda 78 yaşlı qadın dəm qazından zəhərlənib öldü

Gündəm Materials 8 Oktyabr 2019 20:00 (UTC +04:00)
Bakıda yaşlı qadın dəm qazından zəhərlənib.
Bakıda 78 yaşlı qadın dəm qazından zəhərlənib öldü

Bakı. Samir Əli - Trend:

Bakıda yaşlı qadın dəm qazından zəhərlənib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 14-də baş verib.

Həmin evdə yaşayan, 1941-ci il təvəllüdlü Kərimova Nuriyyə Abdulla qızı yaşadığı evin həyətindəki yarımçıq tikilidə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti