...

Şəki sakininin evindən külli miqdarda narkotik vasitə aşkar edilib

Gündəm Materials 2 Noyabr 2019 10:02 (UTC +04:00)
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Şəki sakininin evindən külli miqdarda narkotik vasitə aşkar edilib

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları şəhər sakini 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində T.Əhmədovun barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti