...

Ələtdə yol qəzasına düşən mikroavtobus Qazax-Sədərək marşrutu olub

Gündəm Materials 18 Dekabr 2019 12:18 (UTC +04:00)
Bakı-Ələt yolunda qəzaya uğrayan mikroavtobus Qazax-Bakı marşrutu olub.
Ələtdə yol qəzasına düşən mikroavtobus Qazax-Sədərək marşrutu olub

Bakı. Samir Əli - Trend:

Bakı-Ələt yolunda qəzaya uğrayan mikroavtobus Qazax-Bakı marşrutu olub.

Trend-in məlumatına görə, Qazax rayonundan start götürən "Mercedes Sprinter" markalı 90 XE 246 dövlət nömrə nişanlı miroavtobus Qazax rayon Mərkəzi Avtovağzalından çıxaraq Sədərək Ticarət Mərkəzinin avtovağzalına gəlirmiş. Avtomobil Ələt qəsəbəsi ərazisində idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Səhiyə Nazirliyindən Trend-ə verilən məlumata görə, baş verən qəza nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti