...

Səhiyyə Nazirliyi Ruhi-Əsəb Dispanserindəki hadisə ilə bağlı məlumatlara münasibət bildirib

Gündəm Materials 11 Yanvar 2020 14:54 (UTC +04:00)
Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib.
Səhiyyə Nazirliyi Ruhi-Əsəb Dispanserindəki hadisə ilə bağlı məlumatlara münasibət bildirib

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

“Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti