...

Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı

Gündəm Materials 19 Fevral 2020 14:17 (UTC +04:00)
Bakıda çay evində bıçaqlanma hadisəsi baş verib.
Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda çay evində bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 9-da yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu Biləcəri qəsəbəsində yerləşən "Çardaq" çay evində tanımadığı şəxslə mübahisə edib.

Həmin şəxs R.Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti