...

Hələ də yas yerlərində kütləvi toplaşma halları var - Ramin Bayramlı

Gündəm Materials 18 İyun 2020 19:03 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Hökumət COVİD-19-un yayılmasının qarşısının alınması üçün üzərinə düşən bütün profilaktik tədbirləri həyata keçirir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində tətbiq edilən məhdudiyyətlər əksər insanlar tərəfindən normal qarşılanmadı: “Təəssüf ki, hələ də qaydalara ciddi əməl etməyən vətəndaşlarımız var. Hələ də yas yerlərində kütləvi toplaşma halları var. Eyni zamanda, küçədə hələ də simptomsuz və simptomları zəif olan COVİD-19 xəstələri gəzir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti