...

Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi (FOTO)

Gündəm Materials 6 İyul 2020 10:49 (UTC +04:00)
Bakıda marketlərdə polsi nəzarəti gücləndirilib.
Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda marketlərdə polsi nəzarəti gücləndirilib.

Trend-in məlumatına görə, ərzaq mağazalarında polis postları quraşdırılıb. Polis əməkdaşları ticarət mərkəzlərinə müştərilərin qoruyucu maskasız daxil olmasını qadağan edib.

Həmçinin mağazaya daxil olan müştərinin ilk öncə hərarəti ölçülür, hərarəti olan müştəri mağazaya buraxılmır. Proses paytaxtın bütün ərzaq mağazalarında və alış-veriş yerlərində həyata keçirilir.

Qeyd edək ki, ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti