...

ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO)

Gündəm Materials 17 İyul 2020 16:36 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə maraqlı aksiya keçirib.
ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə maraqlı aksiya keçirib.

Qurumun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik bu məqsədlə könüllü qanvermə aksiyası təşkil edib. Aksiyaya nazirliyə tabe olan qurum əməkdaşları ilə yanaşı, jurnalistlər də qoşulub. Aksiyada iştirak edən nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edib.

Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.

ETSN səhhəti imkan verən hər kəsi qanverməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti