...

Jurnalist Əmrah Fəqanoğlu koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Gündəm Materials 22 İyul 2020 15:15 (UTC +04:00)
Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxub.
Jurnalist Əmrah Fəqanoğlu koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Bakı. Samir Əli - Trend:

Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxub.

Trend-in məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşı Əmrah Fəqanoğlu koronavirusa yoluxub. Hazırda vəziyyətinin ağır olduğu bildirilir. Jurnalist süni tənəffüs aparatına qoşulub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva jurnalistin süni tənəffüs cihazına qoşulduğunu və vəziyyətinin ağır olduğunu təsdiqləyib: "Hazırda intensiv terapiya şöbəsində onun müalicəsi davam etdirilir. Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti