...

Dənizdə dalğanın hündürlüyü 5 metrə çatıb - FAKTİKİ HAVA

Gündəm Materials 22 Avqust 2020 19:17 (UTC +04:00)
Dənizdə dalğanın hündürlüyü 5 metrə çatıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin avqustun 22-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Zaqatala, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Ağstafa, Balakən, Tovuz, Şəmkir, Yevlax, Dağkəsəmən (Qazax), Şərur, Göygöl, Xınalıq, Ceyrançöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən, Zaqatala ərazisinə yağan güclü yağış nəticəsində Balakənçay, Talaçaydan və Zaqatala məntəqəsindən sel keçib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, şimal-qərb küləyi arabir Neftçalada 28 m/s, Ağstafa, Salyan, Naxçıvan, Zaqatalada 18 m/s, Mingəçevir, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Çilov adasında 26 m/s, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti