...

Mərkəzi Gömrük Hospitalında COVİD-19-a yoluxan həkim sağaldı (FOTO)

Gündəm Materials 25 Avqust 2020 10:11 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında COVİD-19 xəstəliyindən müalicə alan Gülnar Ağayeva sağalaraq dünən evə yazılıb
Mərkəzi Gömrük Hospitalında COVİD-19-a yoluxan həkim sağaldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Mərkəzi Gömrük Hospitalında COVİD-19 xəstəliyindən müalicə alan Gülnar Ağayeva sağalaraq dünən evə yazılıb.

Bu barədə Trend-ə hospitaldan məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva ön cəbhədə koronavirus xəstələrini müalicə etdiyi zaman virusa yoluxub: "Digər tibb müəssisəsində müalicə almasına baxmayaraq, Gülnar həkimin səhhəti yaxşılaşmağa doğru getmirdi, əksinə günü-gündən səhhətinin ağırlaşması sosial şəbəkələrdə böyük narahatlıq doğurmuşdu.

İnsanlar daha bir Azərbaycan həkimini itirməkdən çox narahat idilər. Nəticədə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən 12 avqust tarixində Gülnar Ağayeva Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirildi. Daxil olarkən onun vəziyyəti kritik ağır idi, saturasiyası aşağı, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkirdi.

Hospitalın reanimatioloqlarının, infeksionist həkimlərinin və orta tibb personalının, bir sözlə böyük bir komandanın gecə-gündüz demədən gərgin əməyi sayəsində Gülnar Ağayeva sağalaraq doğmalarının yanına qayıtdı. İndi Gülnar Ağayevanın sağalmasına sevinən doğmaları, yaxınları, dostları Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, baş həkim Elman Məmmədova, Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqova, Hospitalını bütün reanimotoloqlarına, infeksionist həkimlərinə, orta və kiçik tibb personalına sonsuz minnətdardılar".

Dövlətimizin və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında yaradılan şərait, tibbi avadanlıqlarla təmin olunma, dərmanların çatdırılması və yüksəkixtisaslı tibb personalının peşəkarlığı nəticəsində COVID-19 virusu ilə mübarizədə Hospitalda yüksək nəticələr əldə edilir. Mərkəzi Gömrük Hospitalının kollektivi Gülnar Ağayevaya sağlam həyat arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti