...

Türk Hava Yolları Azərbaycana həyata keçirilən uçuşların təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib

Gündəm Materials 29 Sentyabr 2020 22:16 (UTC +04:00)
Türk Hava Yolları Azərbaycana həyata keçirilən uçuşların təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib

Bakı. Trend:

Türk Hava Yolları (THY) şirkəti bəzi sosial mediada hesablarında Azərbaycana həyata keçirilən planlı uçuşların təxirə salınması ilə bağlı yayılan informasiyanı təkzib edib.

Trend xəbər verir ki, bu barədə THY-nin media müşaviri Yahya Üstün şəxsi “Twitter” hesabında bildirib.

Məlumatda qeyd edilir ki, dost və qardaş ölkə, can Azərbaycana olan uçuşlarımız planlı şəkildə həyata keçirilir. Bəzi sosial media kanallarında, uçuşlarımızın təxirə salınması ilə bağlı paylaşılan məlumatlar həqiqətə uyğun deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti