...

Ermənistan müharibədə azyaşlı və qadınlardan istifadəyə görə cəzalandırılmalıdır - Hüquq müdafiəçisi

Gündəm Materials 4 Noyabr 2020 20:41 (UTC +04:00)
Ermənistan müharibədə azyaşlı və qadınlardan istifadəyə görə cəzalandırılmalıdır - Hüquq müdafiəçisi

Bakı. Samir Əli - Trend:

Ermənistan 10-11 yaşlı uşaqları müharibədə istifadə etməklə beynəlxalq hüquq-normalarını kobud şəkildə pozur.

Bunu Trend-ə açıqlamasında Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənov deyib. O bildirib ki, beynəlxalq konvensiyalara görə, müharibədə azyaşlıların və qadınların əməyindən istifadə qadağandır və bu, birbaşa müharibə cinayəti hesab edilir: "Ermənilərin özlərinin yaydıqları bəzi videolarda hətta 10-11 yaş və ya 13-14 yaşlı uşaqlar döyüş ərazisinə cəlb edilir, onlar topların boş gilizlərini daşıyır, hərbçilər üçün su və ərzaq gətirir. Bu, təmamilə qadağandır. Heç bir beynəlxalq konvensiya azyaşlıların müharibədə istifadəsinə icazə vermir. Bu, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına birbaşa ziddir".

Ermənilərin qadınları döyüşə cəlb etməsi məsələsinə gəlincə isə hüquq müdafiəçisi qeyd edib ki, bu proses də müharibə cinayətidir: "Hərbdə qadınlardan istifadə mümkündür. Amma o halda ki, Ermənistan qanunvericiliyində qadınların hərbi xidmətə çağırılması qeyd edilib. Lakin qadınları döyüş bölgəsinə cəlb edərək onlardan sipər kimi istifadə etmək qadağandır. Hərbi xidmət keçən qadın müharibə bölgəsindən kənar ərazilərdə xidmət keçməlidir. Amma ermənilər onlardan döyüş bölgəsində istifadə edir. Həmçinin, ermənilərin müharibə bölgəsində yaşlı və tənha insanları köməksiz vəziyyətdə qoyub getməsi Cenevrə Konvensiyasının 3-cü bəndinin böyük hissələrinin pozulması deməkdir. Ermənistan hökuməti buna görə cəzalandırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti