...

Bir neçə şəhər və rayona giriş-çıxış dayandırılır

Gündəm Materials 6 Noyabr 2020 15:29 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 7-i saat 00.00-dan noyabrın 23-ü saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti