...

Oqtay Gülalıyevdə koronavirus aşkarlanıb - TƏBİB

Gündəm Materials 18 Noyabr 2020 07:34 (UTC +04:00)
Oqtay Gülalıyevdə koronavirus aşkarlanıb - TƏBİB

Bakı. Samir Əli - Trend:

TƏBİB hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da COVID-19 testi götürülüb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib.

Bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib: "Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib. Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya-«Yeni Klinika» tibb müəssisəsinə yerləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti