...

Şəhid anası: Oğlum şəhid olan gün qolumdakı saat qəfil dayandı (VİDEO)

Gündəm Materials 20 Noyabr 2020 10:22 (UTC +04:00)
Şəhid anası: Oğlum şəhid olan gün qolumdakı saat qəfil dayandı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Oğlum şəhid olan gün qolumdakı saat qəfil dayandı.

Trend-in məlumatına görə, bu sözləri ikinci Qarabağ müharibəsində şəhid olan əsgər Fuad Məmmədovun anası Mətanət Məmmədova deyib. Ananın sözlərinə görə, hazırda o oğlunun saatını taxır:

“Hal-hazırda oğlumun şəhid olduğu an qolunda olan saatı taxıram, o qanlar içində idi. Bu saat ona komandiri tərəfindən ad günündə hədiyyə edilmişdi və hələ də işləyir. Öz saatım isə Fuad şəhid olan gün qəfil dayandı”.

Fuad Məmmədovun atası Valeri Dışin isə bildirib ki, oğlu yardımsevər biri olub:

“O, heç kəsi darda qoymazdı. Hər kəsə daim kömək etməyə çalışardı. Fuad layiqli bir övlad olub. Bu cür övladı itirmək çox ağırdır. Vətən sağ olsun”!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti